Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-də Ağ Ev administrasiyası ilə məhkəmə sistemi arasında hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub.
Banco.az xəbər verir ki, federal məhkəmə Donald Trampın komandası tərəfindən 39 ölkənin vətəndaşlarına tətbiq edilən bir sıra sərt immiqrasiya məhdudiyyətlərini qanunsuz elan edib.
Bu qərar sayəsində ABŞ-də sığınacaq axtaran, iş icazəsi almağa çalışan, daimi yaşayış (yaşıl kart) və vətəndaşlıq üçün müraciət edən və müraciətləri dondurulmuş minlərlə immiqrant üçün yeni ümid qapıları yenidən açılır.
Providens ştatının baş federal hakimi Con Makkonnell Tramp administrasiyası tərəfindən tətbiq edilən mübahisəli qadağaları sərt şəkildə tənqid edərək, bu məhdudiyyətlərin minlərlə günahsız insanı çətin vəziyyətə saldığını iddia edib.
Ekspertlərin fikrincə,məhkəmənin bu cəsarətli addımı Trampın sərt immiqrasiya siyasətinə ilk ciddi hüquqi zərbədir. Bu qərar gələcəkdə Ağ Ev tərəfindən verilən digər məhdudlaşdırıcı sənədlərin ləğvi üçün yol aça bilər.
