BVF: İqtisadi göstəricilər qarışıq mənzərə əks etdirir | Banco.az

BVF: İqtisadi göstəricilər qarışıq mənzərə əks etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Gopinat aprel ayından etibarən iqtisadi göstəricilərin ticarət gərginliyi ilə formalaşan mürəkkəb mənzərəni əks etdirdiyinə diqqət çəkib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Gita Gopinatın Cənubi Afrikanın KvaZulu-Natal əyalətində keçirilən G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Sədrələri üçüncü iclasında dərc etdiyi çıxışı yayımlayıb.

Çıxışında apreldə yayımlanan Dünya İqtisadi Baxışı hesabatında qlobal iqtisadi artımın 2025-ci ildə 2,8 faiz, 2026-cı ildə isə 3 faiz olacağı proqnozlaşdırıldığını xatırladan Gopinat bu proqnozlarda artmaqda olan siyasət qeyri-müəyyənlikləri, ticarət gərginlikləri və zəifləyən tələb impulsu səbəbilə ABŞ və Çin kimi böyük iqtisadiyyatlara dair əlamətdar mənfi düzəlişlərin yer aldığını bildirib.

Gopinat həmçinin qeyd edib ki, hesabatda qlobal başlıca inflyasiyanın da yavaş templə azalaraq 2025-ci ildə 4,3 faizə, 2026-cı ildə isə 3,6 faizə düşəcəyi təxmin edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram