Büdcə təşkilatları pulları nəyə xərcləyib və bundan ən çox kimlər qazanıb? | Banco.az

Büdcə təşkilatları pulları nəyə xərcləyib və bundan ən çox kimlər qazanıb?

Cari ilin noyabr ayında büdcə təşkilatları 258,93 milyon manatlıq satınalma həyata keçiriblər ki, bu da 2018-ci ilin 11 ayının ən yüksək göstəricisi olub.

Hesabat ayında toplam olaraq 477 ədəd satınalma müqaviləsi bağlanıb.

Noyabrdakı satınalmaların ümumi həcminin 54%-i BNA-nın həyata keçirdiyi bir satınalmanın payına düşür. Belə ki, qurum 300ədəd avtobusun alınmasına 141,801 mln. manat xərcləyib. Baş tutan 477 tenderin təkcə 8-nin payına bütün satınalmaların ümumi həcminin 76% düşüb. Belə ki, 196,8 mln. manat büdcə vəsaiti müvafiq olaraq 300 avtobusun alınmasına, Çovdar Filiz Emalı Sahəsində tikinti işlərinə, Azərişıq üçün akkumlyatorların, xüsusi geyim dəstlərinin, müxtəlif elekrik mallarının və mal-materialların alınmasına, Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamına xəclənib.

Aşağıdakı infoqrafikada hesabat ayında ən çox büdcə vəsaiti xərcləyən təşkilatlar və bu satınalmalardan ən çox qazanan şirkətlər haqda detallı məlumat verilib:



Finans.az