Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın Bankçılıq Fəaliyyətinə Nəzarət üzrə Federal İdarəsinin (BaFin) Britaniyaya məxsus “Standard Chartered” bankının Almaniyadakı törəmə qurumuna mövcud təşkilati çatışmazlıqların aradan qaldırılması və daha yüksək kapital səviyyəsinin təmin edilməsi barədə göstəriş verdiyi bildirilib.
Banco.az xəbər verir ki, Almaniyanın Bankçılıq Fəaliyyətinə Nəzarət üzrə Federal İdarəsi (BaFin) açıqlamasında bildirib ki, ilin əvvəlində aparılan yoxlama zamanı bankın iş təşkilatının bəzi sahələrinin düzgün fəaliyyət göstərmədiyi müəyyən edilib.
Açıqlamada qeyd olunub ki, yoxlanılan bəzi istiqamətlərdə işin təşkili mövcud qaydalara uyğun olmayıb və bu vəziyyət kreditləşmə proseslərinə, eləcə də risk daşıma qabiliyyətinin müəyyənləşdirilməsinə mənfi təsir göstərib.
Bildirilib ki, sözügedən Britaniya bankı bununla Almaniya Bankçılıq Qanununun tələblərini pozub. Nəticədə, bankın Almaniyadakı törəmə qurumuna mövcud təşkilati çatışmazlıqların aradan qaldırılması və daha yüksək kapital ehtiyatının saxlanılması barədə göstəriş verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
