Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17 milyon 442 min ABŞ dolları dəyərində 8 min 180 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 11,7%, dəyəri isə 45,4% və ya 5 milyon 450 min dollar artıb.
Belə ki, ötən ilin yanvar-fevral aylarıda Azərbaycana 11 milyon 992 min dollar dəyərində 7 min 322 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,71%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!