Müəllif: Tamara Mustafayeva, Banco.az
2023-cü ildə Rusiyanın neft ixracının yarısı Çinə yönəlib.
Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak 2023-cü ildə Rusiyanın neft və neft məhsulları ixracının yarısının Çinə göndərildiyini açıqlayıb.
O bildirib ki, hazırkı vəziyyətdə əsas tərəfdaşlar Çin və Hindistandır.
Daha əvvəl Hindistana demək olar ki, heç bir tədarükün həyata keçirilmədiyini dilə gətirən Novak Hindistan payının iki il ərzində 40 faizə yüksəldiyini vurğulayıb.
Rusiyanın xam neft ixracında Avropanın payı isə 40-45 faizdən 4-5 faizə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!