"Bu il Qafqaz və Mərkəzi Asiya regionunda 7,9%-lik inflyasiya olacaq" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Bu il Qafqaz və Mərkəzi Asiya regionunda 7,9%-lik inflyasiya olacaq"

"Bu il Qafaz və Mərkəzi Asiya (Caucasus and Central Asia – CCA) regionunun neft ixrac edən ölkələrində 1,6%-lik iqtisadi geriləmə qeydə alınacaq".

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) “Regional Economic Outlook: Middle East and Central Asiya” hesabatının oktyabr buraxılışının təqdimatında deyib.

J.Azurun sözlərinə görə, 2021-ci il üçün isə bu regionda olan ölkələrin real ÜDM-də 3,5%-lik artım baş verəcək.

Adıçəkilən hesabata görə, bu il Azərbaycanın da daxil olduğu CCA regionunun neft ixrac edən ölkələrinində qeyri-neft sektorunun ÜDM-ə olan nisbətində 1,6%-lik geriləmə olsa da 2021-ci ildə 3,6%-lik irəliləyiş baş verəcək.

IMF rəsmisi regionun neft ixrac edən ölkələrində orta inflyasiya proqnozlarını da açıqlayıb: “2020-ci ildə ortalama 7,9%-lik, 2021-ci ildə isə 6,8%-lik inflyasiya qeydə alınacağını proqnozlaşdırırıq".

Onun sözlərinə görə, fiskal balansa gəldikdə isə bu il 4,6%-lik geriləmə olacaq, növbəti il isə bu geriləmə 3,1%-ə bərabər olacaq. Cari hesab balansının ÜDM-ə nisbəti 2020-ci ildə 3,3%, 2021-ci ildə isə 3,1% geriləyəcək.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram