Bu il Kipr Azərbaycana ən çox investisiya yatıran 3 ölkədən biri olub | Banco.az

Bu il Kipr Azərbaycana ən çox investisiya yatıran 3 ölkədən biri olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Kiprin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 181 milyon 82 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7% və ya 10 milyon 928 min dollar azdır. 

Hesabat dövründə Kipr Azərbaycana ən çox investisiya yatıran 3-cü ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 192 milyon dollar təşkil edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram