Bu il ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr açıqlanıb | Banco.az

Bu il ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2024-cü ildə ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr açıqlanıb.

Banco.az xəbər verir ki, Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksi (TTDI) 2024-cü ilin ən yaxşı turizm iqtisadiyyatlarını müəyyən edib.

Milli parkları, universitetləri və böyük metropoliyaları sayəsində ABŞ dünyanın ən güclü səyahət və turizm iqtisadiyyatına malik ölkə kimi birinci yerdədir. Bu ölkədə 429 milli park və 12 min mildən çox sahil xətti var.

ABŞ-dan sonra ilk 10-luğa daxil olan digər ölkələr İspaniya, Yaponiya, Fransa, Avstraliya, Almaniya, Böyük Britaniya, Çin, İtaliya və İsveçrədir.

İndeksdə ölkələrin turizm sektorlarına diqqət yetirilərkən, hava limanları, quru nəqliyyatı və limanlar, təbii və mədəni sərvətlər, təhlükəsizlik, qiymət rəqabəti və destinasiyaların turizm üçün əlçatanlığı kimi amillər də nəzərə alınıb.

Bu baxımdan ABŞ-ın geri qaldığı sahələrə qiymət rəqabəti və təhlükəsizlik daxildir. Qiymət rəqabət qabiliyyətinə görə Malayziya, təhlükəsizlik üzrə isə Sinqapur birinci yerdədir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Dünya İqtisadi Forumunun hesabatında turizm sənayesini gözləyən problemlərə də toxunulub. Ən böyük problemlər işçi çatışmazlığı, uçuş marşrutlarının tələbatı ödəyə bilməməsi və yüksək inflyasiya hesab edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram