Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə və materiallara çəkdiyi bilavasitə (subpodratçı) xərcləri 1 milyard 119 mln. ABŞ dolları təşkil edib.
Banco.az “BP Azərbaycan”a istinadən xəbər verir ki, bu, illik müqayisədə 12% çoxdur.
Məlumata görə, 9 aylıq dövrdə BP-nin kiçik və orta müəssisələr üzrə xərcləri 276,8 mln. dollar, dövlət şirkətləri üzrə xərcləri 35,1 mln. dollar, yerli tərəfdaşı olan birgə müəssisələr üzrə xərcləri 535,9 mln. dollar, olub. Şirkət xarici podratçıların ölkə daxilində məsrəflərinə isə 271,3 mln. dollar xərcləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!