Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr aylarında 9 min 632 ton çay istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 7,2% azalıb.
Məlumata görə, 1 noyabr tarixinə ölkədə hazır məhsul ehtiyatı 82,8 ton olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkədən 5 milyon 453 min dollar dəyərində 596 ton çay ixrac edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
