Bu il Azərbaycana elektromobil idxalı artıb | Banco.az

Bu il Azərbaycana elektromobil idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana ötən 2 ayda elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 541 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, yanvar-fevral aylarında ölkənin elektromobil idxalının dəyəri isə 22 milyon 852 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 319 ədəd, dəyər ifadəsində isə 2,5 dəfə artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 222, dəyəri isə 9,3 milyon dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram