Bu əczaçılıq şirkəti 1,5 milyard dollar dəyərində istehsal müəssisəsi inşa edəcək | Banco.az

Bu əczaçılıq şirkəti 1,5 milyard dollar dəyərində istehsal müəssisəsi inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"AstraZeneca" Sinqapurda xərçəng dərmanı istehsalı müəssisəsi inşa edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, İngiltərə və İsveçin müştərək əczaçılıq şirkəti "AstraZeneca" Sinqapurda antikor dərman konjugatları (ADC) və xərçəng müalicəsi üçün vasitələr istehsal etmək məqsədilə 1,5 milyard dollar dəyərində istehsal müəssisəsi inşa etməti planlaşdırdığını açıqlayıb.

Dərman istehsalçısının ilk başdan-başa ADC istehsal müəssisəsi olacaq müəssisə Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən dəstəklənəcək.

"AstraZeneca" tikinti işlərinə 2024-cü ilin sonuna qədər başlamağı hədəfləyir və müəssisənin 2029-cu ildən istismara verilməsini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, ADC-lərin çox addımlı istehsalı antikor istehsalını, kimyaterapiya üçün dərmankarın və onun bağlayıcısının sintezini, bu elementləri birləşdirməyi və tamamlanmış ADC materialının doldurulmasını əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram