Rusiya Federasiyasının ən iri banklarından olan “Гaзпpoмбaнк”-ın İsveçrədəki filialıalı Gazprombank (Switzerland) Ltd kriptovalyutaların saxlanması və konvertasiyası üzrə xidmətlər təqdim edəcək. Rəsmi açıqlamaya əsasən Gazprombank (Switzerland) oktyabrın 29-da İsveçrə Maliyyə Bazarına Nəzarət İdarəsindən (FINMA) kriptovalyuta xidmətlərinin təqdim edilməsi üzrə müvafiq lisenziya alıb. Bank kripto xidmətləri korporativ müştərilərinə təqdim edəcək və hələ ki, dəstəklənən kriptovalyuta yalnız bitcoin olacaq.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!