Böyük Britaniyada faiz dərəcələri iki ilin ən aşağı həddinə çatıb | Banco.az

Böyük Britaniyada faiz dərəcələri iki ilin ən aşağı həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı bazar proqnozlarına uyğun olaraq siyasət faizini 4 faizə endirib.

Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankı ("BOE") uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4 faiz səviyyəsinə endirib.

Beləliklə, ölkədə faiz dərəcəsi son iki ilin ən aşağı səviyyəsinə salınıb.

"Bloomberg" sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri də məhz faizlərin bu səviyyəyə endirilməsi yönündə idi.

Banka görə inflyasiyanın sentyabr ayında 4 faizlə zirvəyə çatacağı, daha sonra isə 3,7 faiz səviyyəsinə enəcəyi proqnozlaşdırılır.

Bank uzunmüddətli istiqraz satışlarının istiqraz bazarının müəyyən seqmentində gərginliyi artırmaq riski daşıdığı barədə xəbərdarlıq edib. Bu vəziyyət bankın balansını kiçiltmə sürətini yavaşlatmalı ola biləcəyinə işarə kimi qiymətləndirilib.

Kəmiyyətcə sərtləşmə ilə bağlı illik qərardan əvvəl investorları məlumatlandırmaq məqsədi daşıyan təhlildə rəsmilər uzunmüddətli aktivlərə olan zəif tələbat fonunda satışların “bazar likvidliyinə daha böyük təsir göstərə biləcəyini” qeyd ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram