Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkədəki mövcud qaydaların uşaqları internetin zərərli təsirlərindən kifayət qədər qorumadığını və 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan etmək və ya məhdudlaşdırmaq üçün tezliklə addımlar atılacağını bildirib.
Starmer bu sahədə qaydaları tez bir zamanda hazırlayıb tətbiq etmək niyyətində olduqlarını bildirib və süni intellekt çatbotlarının uşaqlar üçün də ciddi risklər yaratdığını və bu mövzuda lazımi addımların atılacağını əlavə edib.
Starmer qadağaya qarşı və ya lehinə güclü fikirlərin olduğunu vurğulayaraq bildirib: "Bəziləri sosial medianın 16 yaşdan kiçik hər kəs üçün qadağan edilməli olduğunu deyirlər. Lakin, Uşaqlara Qəddarlığın Qarşısının Alınması üzrə Milli Cəmiyyət (NSPCC) kimi uşaqları qorumaq üçün çalışan maraqlı tərəflər "yox" deyirlər. Onlar iddia edirlər ki, bu, uşaqları daha qaranlıq künclərə itələyəcək.
