İraq neft hasilatını artırmağa hazırlaşır | Banco.az

İraq neft hasilatını artırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İraq neft hasilatını artırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, İraq ABŞ və İran arasında Hörmüz boğazının ticarət gəmiləri üçün tam şəkildə açılmasını nəzərdə tutan razılaşmadan sonra ölkənin beş böyük neft yatağının operatorlarına hasilatı müharibədən əvvəlki səviyyəyə çatdırmaq barədə göstəriş verib.

Bağdad rəhbərliyi bu addımla gündəlik neft hasilatını yenidən 3 milyon bareldən yuxarı səviyyəyə yüksəltməyi hədəfləyir.

“Bloomberg”in əldə etdiyi 19 iyun tarixli rəsmi sənədə əsasən, dövlətə məxsus “Basra Oil Company” Rumeyla, Qərbi Qurna-1, Qərbi Qurna-2, Zubeyr və Ərtəvi yataqlarında hasilatın mövcud maksimum gücə çatdırılmasını tələb edib.

“Bloomberg”ə açıqlama verən İraq Neft Nazirliyinin sözçüsü Səlim ər-Rikabi bildirib ki, yüksək hasilat səviyyələrinə qayıdış mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, proses əməliyyat şəraitindən və alıcıların yükləmələr üçün tanker təmin etmə sürətindən asılı olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram