Qlobal bərpa olunan enerji daha bir həddi keçib | Banco.az

Qlobal bərpa olunan enerji daha bir həddi keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bərpa olunan enerji daha bir həddi keçib.

Banco.az xəbər verir ki, ötən ilin sonunda qlobal bərpa olunan enerji üzrə quraşdırılmış güc rekord həddə çataraq 5,15 teravat olub. Bununla da 2030-cu il üçün müəyyən edilmiş 11,17 teravatlıq təmiz enerji gücü hədəfinin təxminən yarısına nail olunub.

Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) 2030-cu il üçün qlobal hədəf 11,17 teravat olaraq müəyyənləşdirilmişdi.

Bu dövrdə günəş enerjisi 511 giqavat yeni quraşdırılmış güclə ilk sırada qərarlaşıb. Onu 159 giqavatla külək enerjisi izləyib. Bu iki mənbə bərpa olunan enerji sahəsində ümumi artımın 97 faizini təşkil edib.

Qalan artım isə hidroenerji, bioenerji və geotermal enerji kimi digər mənbələrin payına düşüb.

Beləliklə, ötən ilin sonunda qlobal bərpa olunan enerji üzrə quraşdırılmış gücün rekord həddə – 5,15 teravata çatması 2030-cu il hədəfinin yarısına yaxın hissəsinin artıq reallaşdırıldığını göstərir.

Bərpa olunan enerji mənbələri əsasında elektrikləşmə prosesi isə ən sürətli, ən geniş miqyasda tətbiq oluna bilən və ən səmərəli maliyyət həllərindən biri kimi ön plana çıxır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram