Böyük Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətli böyüyüb | Banco.az

Böyük Britaniya iqtisadiyyatı gözləniləndən daha sürətli böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,7 faizlik artımdan sonra 2025-ci ilin ikinci rübündə 0,3 faiz artıb.

Banco.az xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) ölkənin 2-ci rüb ÜDM (Ümumi Daxili Məhsul) göstəricilərini açıqlayıb.

Məlumata görə, 2025-ci ilin 2-ci rübündə ÜDM əvvəlki rüblə müqayisədə 0,3% artıb. Bu, 2025-ci ilin 1-ci rübündə qeydə alınan 0,7%-lik artımla müqayisədə ciddi yavaşlamaya işarə edir.

ÜDM göstəriciləri illik müqayisədə təhlil edildikdə isə Böyük Britaniya iqtisadiyyatının 2025-ci ilin 2-ci rübündə illik əsasda 1,2% böyüdüyü görünür. Bu, əvvəlki rübdə qeydə alınan 1,5%-lik illik artımla müqayisədə azalma deməkdir. Lakin Böyük Britaniyada illik iqtisadi artım 2024-cü ilin 2-ci rübündən bəri 1%-in üzərində qalır.

“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu Böyük Britaniya iqtisadiyyatının əvvəlki rüblə müqayisədə 0,1%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 1% artacağı istiqamətində idi. Beləliklə, ÜDM göstəriciləri proqnozları üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram