Böyük Britaniya dövlət xərclərini artıracaq | Banco.az

Böyük Britaniya dövlət xərclərini artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya dövlət xərclərini artıracaq.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Maliyyə Naziri Reyçel Rivz yeni büdcə qiymətləndirməsində bildirib ki, qarşıdakı 4 il ərzində informasiya texnologiyaları, infrastruktur və səhiyyə sistemlərinə daha çox dövlət xərcləri ayrılacaq.

Rivz qeyd edib ki, dövlət xidmətləri üçün ayrılan büdcə illik 2,3% artacaq ki, bu da ümumilikdə 190 milyard funt sterlinqə bərabərdir.

Eyni zamanda, o bildirib ki, bu parlament dövrü ərzində sığınmacıların otellərdən istifadəsinə son veriləcək və əlavə edib: “Sığınmacıların otel istifadəsinin başa çatması ilə vergi ödəyiciləri hər il 1 milyard funt sterlinq qənaət etmiş olacaq.”

Digər tərəfdən, açıqlanan büdcə təhlilinə əsasən, nüvə enerjisinə ayrılan 14 milyard 200 milyon funt sterlinqlik vəsaitdən başqa, tədqiqat və inkişafa 86 milyard funt sterlinq, mənzil tikintisinə 39 milyard funt sterlinq, səhiyyə sisteminin rəqəmsallaşdırılmasına isə 10 milyard funt sterlin büdcə ayrılacaq. Bununla yanaşı, Milli Səhiyyə Xidmətinin (NHS) xərcləri hər il 3% artırılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram