Müəllif: Tamara Mustafayeva, Banco.az
BMT dərin maliyyə böhranı ilə üzləşir.
Banco.az xəbər verir ki, Dünyanın ən böyük çoxtərəfli qurumu olan Birləşmiş Millətlər Təşkilatı (BMT) fəaliyyətini davam etdirmək üçün mübarizə apararkən, mütəxəssislər yaxın zamanda baş verə biləcək iqtisadi böhranın sülhməramlı əməliyyatlardan tutmuş qaçqınlara yardım fəaliyyətlərinə qədər bir çox sahədə işləri iflic vəziyyətinə sala biləcəyini vurğulayırlar.
BMT-nin Baş katibi Antonio Quterreş 17 oktyabr tarixli açıqlamasında bildirib ki, üzv dövlətlər ödənişlərini tam və vaxtında etmədikləri təqdirdə, təşkilat “iflasa doğru bir yarış” içində olacaq.
BMT-nin fəaliyyət qabiliyyəti ilə bağlı şübhələr artdığı bir vaxtda Quterreş, 2026-cı il üçün nəzərdə tutulan adi büdcəni bu illə müqayisədə 15 faiz azaldaraq 3,2 milyard dollara endirməyi və işçi sayını 19 faiz ixtisar edərək 13 809 nəfərdən 11 594 nəfərə salmağı təklif edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
