BMT 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 3% səviyyəsində olacağını proqnozlaşdırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BMT 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 3% səviyyəsində olacağını proqnozlaşdırır

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

Bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib. 2025 və 2026-cı illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 3% səviyyəsində proqnozlaşdırılıb.

    Başqa sözlə, 2024-cü il üzrə iqtisadi artım BMT-nin əvvəlki proqnozu 2% bəndi üstələyib. Həmçinin, BMT 2025-ci il üzrə iqtisadi artım proqnozunu 0,2% bəndi artırıb.

      Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.