Müəllif: Gülnar Əhmədli, Banco.az
Bitkoin-in qiyməti artmaqda davam edir. Kriptovalyutanın qiyməti 120.000 dolları keçərək yeni rekorda imza atıb.
Banco.az xəbər verir ki, bazar kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası olan bitkoinin qiyməti qısa müddət ərzində 121 249,90 dolları ötüb.
Donald Trampın ABŞ-da ikinci müddətə prezident seçilməsindən sonra sürətlə bahalaşan bitkoin bir neçə ay ərzində 100.000 dollar civarında dalğalanmağa meylli olub.
Trampın siyasi və iqtisadi siyasətləri ilə bağlı narahatlıqlar administrasiyanın kriptovalyuta yönümlü gündəliyi ilə bağlı optimizmi azaldıb. Bununla belə, səhmlər kimi digər riskli aktivlər də rekord həddə çatdığı üçün bitkoin artımı davam etdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!