Beyninə çip qoyulan ilk insanla bağlı açıqlama | Banco.az

Beyninə çip qoyulan ilk insanla bağlı açıqlama

Müəllif:Mehin Qasımova/Banco.az

Neuralink beyin çipinin implantasiya edildiyi ilk insan tamamilə sağalıb və kompüter siçanını da düşüncə gücü ilə idarə edə bilir.

Banco.az xəbər verir ki, bu barədə İlon Mask X sosial media hesabında etdiyi paylaşımda Neuralink implantının ilk dəfə insana tətbiq edildiyini açıqladı və prosesin yaxşı getdiyini söylədi.

Beynin hərəkət qabiliyyətini idarə edən hissəsinə Neuralink çipini cərrahi yolla yerləşdirmək üçün robotdan istifadə edildiyini ifadə edən İlon Mask, ilk məqsədin insanların öz düşüncələrindən istifadə edərək kompüter kursorunu və ya klaviaturasını idarə etmələrini təmin etmək olduğunu sözlərinə əlavə etdi.

İnsan beyninə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyan Neurlink layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib.

Neuralink, altı illik tədqiqatın bir hissəsi olaraq eksperimental cihazını sınaqdan keçirmək üçün iflic xəstələri axtardığını bildirərək sentyabr ayında ilk insan sınaqları üçün işə qəbul kampaniyasına başlayıb.

İnsanları və kompüterləri birləşdirmək üçün ultra yüksək bant genişliyinə malik beyin-maşın interfeyslərini inkişaf etdirmək istəyən Neuralink , beyin pozğunluqlarını müalicə etməyə, insan beynini qorumağa və təkmilləşdirməyə kömək edəcək və nəticədə insanları süni intellektlə birləşdirəcək.

SpaceX və Tesla CEO-su Mask qeyd edib ki,  Neuralink üçün böyük məqsədləri var.

O, şirkətin piylənmə, autizm, depressiya və şizofreniya kimi xəstələri müalicə etmək üçün çip cihazlarının sürətli cərrahi implantasiyasını asanlaşdıracağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram