Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı Xorvatiyaya 1,7 milyard avroluq müdafiə krediti ayırıb.
Banco.az xəbər verir ki, Xorvatiya Avropa İttifaqının (Aİ) “Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE)” birgə müdafiə maliyyələşdirmə proqramı çərçivəsində 1,7 milyard avro məbləğində müdafiə krediti sazişi imzalayıb.
Xorvatiya Xəbər Agentliyinin (HINA) yaydığı məlumata görə, paytaxt Zaqreb şəhərində keçirilən imzalanma mərasimində Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, müdafiə naziri İvan Anuşiç və maliyyə naziri Tomislav Çoriç iştirak ediblər. Mərasimdə həmçinin Aİ Komissiyasının müdafiə məsələləri üzrə üzvü Andrius Kubilius də yer alıb.
Plenkoviç açıqlamasında bildirib ki, sözügedən kredit çərçivəsində Almaniya və Fransadan hərbi texnika alınacaq və müdafiə yatırımlarına üstünlük veriləcək.
Kredit sazişinin 45 il müddətinə və əlverişli şərtlərlə təqdim olunduğunu qeyd edən Plenkoviç vurğulayıb ki, bu addım Xorvatiyanın 2035-ci ilədək müdafiə xərclərini 5 faiz səviyyəsinə çatdırmağı nəzərdə tutan yeni NATO hədəflərinə nail olmasına dəstək verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
