BƏƏ-dən Azərbaycana pul köçürmələri artıb | Banco.az

BƏƏ-dən Azərbaycana pul köçürmələri artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Birləşmiş Ərəb Əmirliklərindən fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 7 milyon 764 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.3% (176 min dollar) çoxdur. 2024-cü ilin yanvar-mart aylarında bu məbləğ 7 milyon 588 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci rübdə BƏƏ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3.4% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram