"Barclays"in üçüncü rüb mənfəəti proqnozları üstələyib | Banco.az

"Barclays"in üçüncü rüb mənfəəti proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Barclays Plc”nin üçüncü rübdə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.

Banco.az xəbər verir ki, Britaniyanın və dünyanın ən böyük maliyyə konqlomeratlarından biri olan “Barclays”ın mənfəəti üçüncü rübdə 23 faiz artaraq 1,6 milyard funt-sterlinqə (2 milyard dollar) çatıb.

İqtisadçılar isə Böyük Britaniyada yerləşən bankın 1,3 milyard funt-sterlinq mənfəət bildirəcəyini gözləyirdilər.

“Barclays”ın dövr üzrə gəliri isə 6,39 milyard funt-sterlinq olan proqnozlardan bir qədər yüksək olaraq 6,5 milyard funt-sterlinq olub.

Şirkətin investisiya bankçılığı departamentinin sözügedən rübdə xalis mənfəəti 10 faiz artaraq 3,02 milyard funt-sterlinqə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram