Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin iyunun 1-i tarixinə 2 milyard 716 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 130.8 mln. manat artaraq 2,716.2 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 19,5% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!