Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 6,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istiandən xəbər verir ki, bu, əvvəlki hərracla müqayisədə 35,3 milyon ABŞ dolları və ya 6,8 dəfə azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, ötən hərracda (sentyabrın 5-i) tələb 41,4 milyon ABŞ dolları olub və tam təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!