Banklar kredit faizlərindən 1 mlrd. manatdan çox gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 1 mlrd. manatdan çox gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-aprel aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 206.8 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 222.8 milyon manat və ya 22,6% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 984 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 4 ayda (yanvar-aprel ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 238.6 milyon manat (18,4%) artaraq 1 milyard 533 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram