Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin iyun ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 603.6 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə 105 milyon manat (21.1%) çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında banklar 498.6 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 831.9 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
