Bankın rəhbərliyində dəyişiklik olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bankın rəhbərliyində dəyişiklik olub

“AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

Bu vəzifəyə Vüsal Eynullayev gətirilib. O, bundan əvvəl “Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini olub.

V.Eynullayev yeni vəzifəsində Məhəmməd Cahangirzadəni əvəz edib. MŞ-nın keçmiş sədrinə isə “Gilan Holdinq”də vəzifə verildiyi bildirilir.

Bundan başqa, “Rabitəbank” ASC-nin İH-nin keçmiş sədr müavini Aydın Hüseynov “AFB Bank”ın İH sədrinin 1-ci müavini təyin edilib. Qeyd edək ki, bu bankda İH-nin sədri vəzifəsi indiyə qədər vakant olub və banka rəhbərliyi sədr müavini Natiq Namazov həyata keçirib. 1-ci müavin təyinatından sonra isə avtomatik olaraq kredit təşkilatına A.Hüseynov rəhbərlik etməyə başlayıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur. 

©Report