Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bank VTB Azərbaycan" 2025-ci ilin 9 ayında (yanvar-sentyabr) 10 milyon 490 min manat xalis mənfəət əldə edib.
Banco.az maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti illik müqayisədə 4 milyon 350 min manat və ya 70,8% artıb.
Hesabata görə, 2025-ci ilin 30 sentyabr tarixinə bankın aktivlərinin həcmi 298 milyon 275 min manat olub.
Hesabat dövründə bankın kredit portfelinin həcmi 2024-cü ilin dekabr ayının sonu illə müqayisədə 7 milyon 43 min manat və ya 3% artaraq 242 milyon 36 min manata çatıb.
Bunun da 106 milyon 525 min manatını istehlak kreditləri, 70 milyon 805 min manatını biznes kreditləri, 64 milyon 706 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. 30 sentyabr 2025 tarixinə bankın depozit portfelinin həcmi isə 103 milyon 15 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!