“Bank of Baku”nun səhmdarları növbədənkənar toplaşır | Banco.az

“Bank of Baku”nun səhmdarları növbədənkənar toplaşır

Gələn il yanvarın 8-də “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürt prospekti, 42 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

"Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur. 

Mənbə: Report.az