"Bank BTB"nin rəhbərliyində dəyişiklik olub | Banco.az

"Bank BTB"nin rəhbərliyində dəyişiklik olub

"Bank BTB"nin rəhbərliyində dəyişiklik olub. 

Banco.az xəbər verir ki, bankın məlumatına əsasən, "Bank BTB" ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev vəzifəsindən ayrılıb. Onun vəzifəsini müvəqqəti olaraq I müavini Eldəniz Hüseynov icra edir. Onunla yanaşı, hazırda bank rəhbərliyində İdarə Heyətinin sədrinin müavini və İdarə Heyətinin üzvü vəzifəsində Rauf Qurbanov və Zaur Yusifov yer alır.

Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan “Bank BTB”nin nizamnamə kapitalı 66,45 milyon manat təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram