“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır | Banco.az

“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır

Maliyyə Bazarlarına Nəzarət Palatası "Baku Trade Management" QSC-nin (BTM) səhm emissiyasını (AZ1001019996) dövlət qeydiyyatına alıb.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, emissiya şirkətin hər birinin nominal dəyəri 50 manat olan 100 ədəd adi səhmlərinin ilkin buraxılışını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək və BTM-ə 5 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. 

Mənbə: Report.az