Azpromo Dubayda nümayəndəlik açır | Banco.az

Azpromo Dubayda nümayəndəlik açır

"Qərara aldıq ki, noyabrın sonunda Dubayda ticarət nümayəndəliyi təşkil edək". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov deyib.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubais isə deyib ki, Bakı Dubay üçün ticarət baxımından əhəmiyyətli şəhərdir: "Doğrudur, siz ixraca tam hazır deyilsiniz, amma istəyərdim ki, sizinlə ticarət əlaqələrini davam etdirək. Azərbaycan məhsulları təkcə Dubayda deyil, dünyanın bir çox ölkələrində istifadə ediləcək".

Mənbə: Report.az