Banco.az xəbər verir ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd adi adlı səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınıb.
Bu barədə QKDK məlumat yayıb. Emissiya qapalı üsulla yerləşdiriləcək.
Qeyd edək ki, bu ilin iyun ayında “AzFinance İnvest” broker şirkəti qapalı səhmdar cəmiyyətə çevrilib, şirkət iyuldan etibarən “AzFinance İnvestisiya Şirkəti” QSC adlandırılır. O, fəaliyyətdə olan 12 broker şirkəti arasında ilk olaraq iyulun 15-də qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” qanunun tələbinə əsasən, investisiya şirkətinə çevrildiyini elan edib. Şirkətin nizamnamə kapitalı 1 mln. manatdır.