Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" şirkəti 2026-cı ilin yanvar-mart ayları üzrə maliyyə hesabatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin ümumi gəliri bu ilin birinci rübündə illik müqayisədə 16 faiz artaraq 22,4 milyard dollara çatıb.
Şirkətin mənfəəti 2025-ci ilin birinci rübündə 409 milyon dollar olaraq qeydə alınıb.
"Tesla"nın səhm başına düzəliş edilmiş mənfəəti ötən ilin birinci rübündəki 27 sentdən bu ilin eyni dövründə 41 sentə yüksəlib.
Şirkətin birinci rübdə gəliri bazar gözləntilərindən bir qədər aşağı olsa da, mənfəəti gözləntiləri üstələyib.
"Tesla" 2026-cı ilin birinci rübündə qlobal miqyasda 408.386 avtomobil istehsal edib, 358.023 avtomobil isə tədarük edib.
Sözügedən dövrdə şirkətin nəqliyyat vasitələrinin istehsalı illik müqayisədə 13 faiz, tədarük edilən nəqliyyat vasitələrinin sayı isə 6 faiz artıb.
