Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb | Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 2 milyard 572 milyon 778 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 127,4 milyon dollar və ya 5,2% çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,9 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 656,1 milyon dollara bərabər olub.

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,4 milyard dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram