Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi azalıb | Banco.az

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Hindistanın ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr aylarında 1 milyard 107 milyon 999 min dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 751,2 milyon dollar və ya 40,4% azdır.

Hesabat dövründə Azərbaycanın Hindistana ixracı 924,5 milyon dollara bərabər olub. Bunun da əsas hissəsi (917,9 milyon dollar) neft ixracından əldə edilib. 

Qeyd edək ki, 2022-ci ilin 11 ayında Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1,9 milyard dollar dəyərində olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram