Bəzən dövlətlər sosial-iqtisadi xərclərinin və büdcə kəsirinin maliyyələşdirilməsi üçün borclanmaya məruz qalır. Dövlət bunun üçün ölkə daxilindən fiziki və ya hüquqi şəxslərdən və ya digər dövlət və qurumlardan borc götürür. Bu borclar həm kredit şəklində, həm də hökumətin adından buraxılan qiymətli kağızlar şəklində ola bilər.
Aşağıdakı cədvəldə keçən ilin məlumatlarına əsaslanmış dünya üzrə ən çox dövlət borcu olan ölkələr qeyd olunmuşdur. Ölkələrə diqqət yetirsək, ən çox borcu olanların məhz ən çox inkişaf edən ölkələr olduğunu görərik.
Ölkələr |
Dövlət borcu |
ABŞ | 19.23 trilyon dollar |
Yaponiya | 9.087 trilyon dollar |
İtaliya | 2.48 trilyon dollar |
İspaniya | 1.24 trilyon dollar |
Belçika | 456 milyard dollar |
Yunanıstan | 379 milyard dollar |
Portuqaliya | 264 milyard dollar |
Sinqapur | 254 milyard dollar |
Kipr | 21.64 millyard dollar |
Butan | 2.33 milyard dollar |
Azərbaycanın dövlət borclarına diqqət yetirsək, 2011-ci ildən bu ilə qədər 2.3 dəfə artmışdır. ÜDM-da payı isə 7.4%-dən 19%-ə qədər artmışdır. Lakin keçən ilə nisbətən 0.5 milyard dollar azalma müşahidə olunmuşdur. Keçən ilə nəzərən dövlət borcunun ÜDM-də faiz nisbəti isə 1.8% azalmışdır.
*Qrafik Maliyyə Nazirliyinin saytına istinadən hazırlanmışdır.
Tərlan Qəhrəmanova, banco.az