Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyə bu ilin yanvar ayında Azərbaycandan 4 milyon 228 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 1 milyon 448 min dollar və ya 52,1% çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcmi 8 min 641 ton olub. Bu isə illik müqayisədə 1,6 dəfə çoxdur.
Qeyd edək ki, bu ilin ilk ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Almaniya, üçüncü isə Çexiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!