Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkədən 4 milyard 187 milyon 47 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 550 milyon 401 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 5,9%, dəyər baxımından isə 6,2% artıb.
Qeyd edək ki, yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 32,53% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!