Azərbaycanın sığorta bazarı 13%-ə yaxın böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 13%-ə yaxın böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyun aylarında 817 milyon 48 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 91 milyon 886 min manat və ya 12,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432 milyon 198 min manata bərabər olub. Bu da illik müqayisədə 76 milyon 114 min manat və ya 21,4% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram