Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 1 milyard 255 milyon 973 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 143 milyon 946 min manat və ya 12,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772 milyon 602 min manata bərabər olub. Bu da illik müqayisədə 150 milyon 301 min manat və ya 24,2% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
