Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan 118.7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 24.3 milyon dollar və ya 16.9% azdır.
Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayına istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 143 mln. dollara bərabər olub.
Təkcə oktyabr ayında qızıl ixracından gəlirlər isə illik müqayisədə 2.3 milyon dollar və ya 15.7% artaraq 16.9 milyon dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!