ABŞ-də istehlakçı inamı son 4 ayda ilk dəfə artıb, mənzil satışları isə azalıb | Banco.az

ABŞ-də istehlakçı inamı son 4 ayda ilk dəfə artıb, mənzil satışları isə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də istehlakçı inamı son 4 ayda ilk dəfə artıb, mənzil satışları isə azalıb.

Banco.az xəbər verir ki, ABŞ-də əmək bazarı və iş şəraiti ilə bağlı qiymətləndirmələrin yaxşılaşması nəticəsində istehlakçı inamı oktyabr ayında dörd aylıq fasilədən sonra ilk dəfə gözlənilmədən yüksəlib.

Çərşənbə axşamı açıqlanan məlumatlara görə, “The Conference Board”un istehlakçı inamı indeksi 7,5 bənd artaraq iyun ayından bəri ən yüksək səviyyəyə — 91,7-yə çatıb. “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğuda median proqnoz 81 olub.

Qarşıdakı altı aya dair gözləntiləri ölçən göstərici oktyabr ayında təxminən 7 bənd artaraq 72,6-ya yüksəlib. Mövcud şəraiti qiymətləndirən göstərici də son altı ayın ən yüksək səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram