Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 51 milyard 339 milyon manatlıq əməliyyat aparılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,5% çoxdur.
Bu göstəricinin 5 milyard 694 milyon manatlıq hissəsi ilkin bazarda, 45 milyard 645 milyon manatlıq hissəsi isə təkrar bazarda formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 23 581 əqd bağlanılıb. Bu da illik müqayisədə 61,4% azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
