Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-fevral aylarında 2 milyard 826 milyon 58 min ABŞ dolları dəyərində neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 424 milyon 618 min dollar və ya 13,1% azalıb. Ötən ilin ilk 2 ayında ixrac edilən neftin dəyəri 3 milyard 250 milyon 676 min dollar təşkil edib.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 59,12% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!